Polis Bakıda oğurluq və dələduzluq edənləri saxladı
Cəmiyyət
11:39 / 08.01.2025
3485
Nizami rayonunda yerləşən evlərin birindən oğurluq edilməsi və nəticədə zərərçəkənə ümumilikdə 6850 manat maddi ziyan vurulması barədə polisə məlumat daxil olub. Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 46 yaşlı M.Teymurova saxlanılıb.
Sfera.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 5695 manatını dələduzluq yolu ilə ələ keçirən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ş.Bəyəliyevin saxlanılması təmin edilib.
Faktlarla bağlı araşdırma aparılır.