Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azaldı

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar azaldı
Kateqoriya məlum deyil
T

2024-cü ildə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 1 069 kiberhücum indikatoru (IOC) müəyyən edib.

 

Sfera.az-ın report.az-a istinadən məlumatına görə, bu, 2023-cü illə müqayisədə 10,2 % azdır.

 

Kibertəhdidlərin 550-si daxili araşdırma, 520-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

 

Təkcə dekabrda isə 156 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 56 % çoxdur.

 

Ötən il “AzStateNet” şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd blok edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR