Bakıda polis əməkdaşları 10 min manat tapıb, sahibi axtarılır

Kateqoriya məlum deyil
T
Bakının Səbail rayonunda yerləşən Əl Oyunları Sarayında basketbol beynəlxalq yarışında polis əməkdaşları 10000 manat pul tapıblar.
Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev feysbuk hesabında paylaşım edib.
“Xahiş edirik pul itirən hansısa iştirakçı varsa, yaxınlıqda olan polis əməkdaşlarına məlumat versinlər” - qurum rəsmisi paylaşımında bildirib.






