Film nümayişlərinə görə ƏDV-nin50 faizi qaytarılacaq

Film nümayişlərinə görə ƏDV-nin50 faizi qaytarılacaq

Teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizi qaytarılacaq.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 98-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.

 

Fərmana əsasən, müvəkkil bank 10 gün müddətində istehlakçının bank hesabına qaytarılmalı ƏDV məbləğini milli valyutada bank kartına (və ya hesabına) köçürmə yolu ilə qaytarır. Vergi Məcəlləsinə uyğun olaraq, qaytarılan məbləğ teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə yalnız nağdsız qaydada ödənilmiş ƏDV-nin 50 faizini təşkil edir.


OXŞAR XƏBƏRLƏR

Səudiyyə Ərəbistanı klubu türkiyəli baş məşqçiyə təklif göndərdi

Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavon” tanınmış türkiyəli mütəxəssis İsmayıl Kartala təklif göndərib.   Sfera.az xəbər verir ki,...

“Rok-n-rollun kralı” yoxa çıxıb? - Presli barəsində MARAQLI FAKTLAR

O, bu gün də bütün dünyada “rok-n-rollun kralı” kimi yad edilir...Söhbət amerikalı müğənni Elvis Preslidən gedir. Bu gün ifaçının doğum günüdür. ...

Ramazan ayında Qədr gecələrinin vaxtları MƏLUM OLDU

Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.   Sfera.az xəbər verir ki, ilk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və ...

Bələdiyyə seçkilərində namizədliyi qeydə alınanların sayı məlum oldu

Bələdiyyə seçkilərində qeydə alınan namizədlərin sayı 16 min 148 nəfərdir.   Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sə...

Çin şirkəti Türkiyədə avtomobil zavodu açacaq - Razılaşma əldə edildi

Türkiyənin “Doğan Trend Automotive” şirkətinin rəhbəri Kağan Dağtekin Çinin “SAIC Motor” şirkətinin Türkiyədə istehsal müəssisəsi açmaq ...

Boşanmaq üçün məhkəməyə üz tutanların nəzərinə - YENİ QAYDALAR

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarı ilə ailə münasibətləri ilə bağlı bəzi qərarlarına əlavə və dəyişikliklər ed...