Bu avtomobil yolunda 3 körpü tikilir - VİDEO

Bu avtomobil yolunda 3 körpü tikilir - VİDEO

M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi magistral avtomobil yolu üzərində 3 avtomobil körpüsünün inşası yekunlaşmaq üzrədir. 

 

Bu barədə Sfera.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. 

 

Bildirilir ki, layihəyə uyğun olaraq körpülər magistralın Cəlilabad və Masallı rayonları ərazisindən keçən hissələrində inşa edilir.

 

Magistralın 145-ci km-lik hissəsində Dərə çayı üzərində və 157.3-cü km-lik hissəsində Tatyançay üzərində inşa olunan körpülərin hər birinin uzunluğu 30.2 metr, 177.5-ci km-lik hissəsində Korçay üzərində inşa edilən körpünün uzunluğu isə 46.2 metr təşkil edir. 

 

Körpülər 2 hərəkət zolaqlı olmaqla hər birinin eni 14.5 metrdir. 

 

Hazırda hər 3 körpü üzrə son tamamlanma işləri aparılır.

 

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunur.

 

Tərtib olunmuş qrafikə uyğun işlərin yaxın müddət ərzində tam yekunlaşdırılması planlaşdırılır. 

 

 


OXŞAR XƏBƏRLƏR

“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

"Neftçi" basketbol komandası baş məşqçi Omid Movahed Nejatla yollarını ayırıb.   Klubdan Sfera.az-a verilən məlumata görə, iranlı mütə...

İtaliyalı jurnalist İran həbsxanasından sərbəst buraxıldı

İtaliyalı jurnalist Sesiliya Sala İran həbsxanasından sərbəst buraxılıb. Sfera.az “İran İnternational”a istinadən xəbər verir ki, bu barədə İtali...

Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum oldu

"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.  ...

"Fransanın müharibəyə təhriki Paşinyanın devrilməsi ilə nəticələnə bilər" - AÇIQLAMA

“Azərbaycanla Ermənistan arasında danışıqlarda hər hansı bir ölkə vasitəçi olmayacaq”.   Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd...

"Azərbaycanda hələ də koronavirus infeksiyasına yoluxma halları müşahidə edilir" - Təyyar Eyvazov

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Azərbaycanda hələ də koronavirus infeksiyasına yoluxma halları müşahidə edildiyini deyib. ...

Rusiya Ukraynanın hərbi aerodromlarını vurdu

Rusiya ordusu Ukraynanın hərbi aerodromlarının infrastrukturuna zərbələr endirib.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirl...