Azər Baxşəliyev əməliyyatdan özü imtina edib - RƏSMİ

Azər Baxşəliyev əməliyyatdan özü imtina edib - RƏSMİ

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi iki gün əvvəl vəfat edən aktyor Azər Baxşəliyevin mərkəzdən imtina alması ilə bağlı məsələyə aydınlıq gətirib. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Mərkəzdən məlumat verilib. 

 

Bildirilib ki, aktyor Azər Elxan oğlu Baxşəliyev 20.02.2024-cü il tarixində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə böyrək çatışmazlığı ilə əlaqədar qeydiyyata düşüb: “2024-cü ilin oktyabrın 3-ü qohum olmayan canlı donorla müraciət edib və sənədlərin yığılması üçün məktub göndərilib. 16.10.2024-cü il tarixdə xəstəxana sənədləri ODTKM daxil olub. 31.10.2024-cü il tarixdə Etika Komissiyasına sənədləri göndərilib. Lakin Etika Komissiyasından Azər Baxşəliyevin transplantasiya əməliyyatı olunmaqdan könüllü surətdə imtina etdiyi qərarı gəlib”.

 

Qeyd edək ki, aparıcı İlkin Həsəni mərhum həmkarı Azər Baxşəliyevin son məqamda imtina cavabı aldığını bildirmişdi: “Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə biz soruşanda da deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Sonuncu məqamda hansısa bir problem çıxdı və Azərə imtina cavabı gəldi. Bir az da bu olay Azəri çökdürdü”.

 

Xatırladaq ki, A. Baxşəliyev böyrək çatışmazlığından əziyyət çəkirdi. Yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olan aktyorun ürəyi dayanıb, yanvarın 5-də vəfat edib.

 


OXŞAR XƏBƏRLƏR

Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasın...

Çində yenə zəlzələ oldu

Çinin şimal-qərbində Çinxay şəhərində 5,5  zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat...

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyət necədir? - RƏSMİ AÇIQLAMA

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir.   Sfera.az xəbər verir ki,&nb...

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR - ADLAR

Baş Prokurorluqda təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.   Baş prokuror K...

Üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verildi - RƏSMİ

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən &...

Ötən il 80 mindən çox miqrant Rusiyadan çıxarıldı

Ötən il Rusiyada 80 mindən çox miqrant məcburi qaydada ölkədən çıxarılıb.   Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya...