Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin var? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin var? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

 

Nazirlik əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.

 

Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.

 

Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.


OXŞAR XƏBƏRLƏR

Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasın...

Çində yenə zəlzələ oldu

Çinin şimal-qərbində Çinxay şəhərində 5,5  zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat...

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyət necədir? - RƏSMİ AÇIQLAMA

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir.   Sfera.az xəbər verir ki,&nb...

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR - ADLAR

Baş Prokurorluqda təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.   Baş prokuror K...

Üç gəmi və heyətinin girov götürülməsi ilə bağlı Eritreyaya nota verildi - RƏSMİ

“Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan Azərbaycanın dövlət bayrağı altında üzən &...

Ötən il 80 mindən çox miqrant Rusiyadan çıxarıldı

Ötən il Rusiyada 80 mindən çox miqrant məcburi qaydada ölkədən çıxarılıb.   Sfera.az  TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya...