Telegram adı altında yayılan FireScam virusu şəxsi məlumatları oğurlayır

Telegram adı altında yayılan FireScam virusu şəxsi məlumatları oğurlayır

İnternetdə Android istifadəçilərini hədəf alan və Telegram tətbiqi adı altında maskalanan FireScam adlı zərərli virus yayılır.

 

Sfera.az xəbər verir ki, bu barədə BleepingComputer məlumat yayıb.

 

FireScam istifadəçiləri aldadaraq RuStore platformasını təqlid edən zərərli bir səhifəyə yönləndirir və "GetAppsRu.apk" adlı tətbiqi yükləyir. Bu tətbiq Android qoruma vasitələrindən gizlənərək cihazda quraşdırılmış proqramları skan etmək, yaddaşa daxil olmaq və əlavə paketlər yükləmək üçün lazımi icazələri əldə edir.

 

Daha sonra virus "Telegram_Premium.apk" adlı başqa bir zərərli proqram yükləyir. Bu proqram bildirişlərə, SMS-lərə, mübadilə buferinə və digər şəxsi məlumatlara daxil olmaq üçün icazə tələb edir. FireScam işə salındıqda istifadəçiləri aldadaraq saxta Telegram avtorizasiya səhifəsini göstərir və məlumatlarını oğurlayır.

 

Virus eyni zamanda Firebase Realtime Database ilə əlaqə yaradaraq əldə etdiyi məlumatları bu bazaya göndərir. Bununla yanaşı, uzaq serverlə daimi əlaqə saxlayan FireScam qurbanın cihazında fərqli əmrlər yerinə yetirə, izləmə parametrlərini tənzimləyə və əlavə zərərli proqramlar yükləyə bilir. Həmçinin, cihaz ekranındakı fəaliyyətləri izləyərək ödəniş məlumatlarını ələ keçirmək qabiliyyətinə malikdir.

 

Mütəxəssislər istifadəçiləri yalnız rəsmi mənbələrdən tətbiq yükləməyə və şübhəli faylları açmamağa çağırır. Şəxsi məlumatların qorunması üçün əlavə təhlükəsizlik tədbirlərinə riayət etmək tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

Türkiyədə Kibertəhlükəsizlik İdarəsi yaradıldı

Türkiyə Prezidenti Administrasiyası nəzdində Kibertəhlükəsizlik İdarəsi yaradılıb.   Sfera.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğa...

"Paşinyan bunu Petrosyanın etirafına qədər bəhanələr uyduraraq rədd edirdi, ancaq indi..." - ŞƏRH

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarından necə qovulması ilə bağlı fikirlərinin ifadə olunduğu video...

Bağlı qapı arxasında qalan azyaşlı xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasın...

Çində yenə zəlzələ oldu

Çinin şimal-qərbində Çinxay şəhərində 5,5  zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) məlumat...

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyət necədir? - RƏSMİ AÇIQLAMA

Yeni yayılan respirator virusla bağlı Azərbaycanın təhsil müəssisələrində davamiyyətdə mənfi dinamika müşahidə edilmir.   Sfera.az xəbər verir ki,&nb...

Azərbaycanda yüksək vəzifəyə TƏYİNATLAR - ADLAR

Baş Prokurorluqda təyinatlar olub.   Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.   Baş prokuror K...