Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edəcək

Nazir Məcnun Məmmədov Beyləqanda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov yanvarın 10-da saat 09:00-da Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Sfera.az xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Beyləqan Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-659-20-16) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

 

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
 


OXŞAR XƏBƏRLƏR

Uşaqlıqdan siqaret çəkməyin sağlamlığa ciddi fəsadları məlum olub

Dartmut Kollecinin Geisel Tibb Məktəbindən və digər elmi müəssisələrdən olan amerikalı alimlər müəyyən ediblər ki, uşaqlıqda siqaret çəkmək yetkinlik dövründə x...

Mühəndis 100 il sonra gerçəkləşən gələcəklə bağlı proqnozlar verdi

1925-ci ildə ingilis ixtiraçı, mühəndis və fizik Arçibald Montqomeri Lou gələcək həyat haqqında öz proqnozlarını dünyaya təqdim etdi. Onun “Gələcək”...

"İlon Maskın psixi vəziyyəti pisləşir, təhlükə artır..." - Bioqrafdan qorxudan AÇIQLAMA

Amerikalı sahibkar İlon Maskın bioqrafı Set Abramson deyib ki, milyarderin psixi vəziyyəti getdikcə pisləşir və bu onu ABŞ üçün potensial təhlükəli edir. Sfe...

Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır -İlham Əliyev

Mən bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram, yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir ç...

"Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir"

Azərbaycan cəmiyyəti artıq öz mövqeyini ortaya qoyub və Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ildən-ilə genişlənir, böyüyür.   Sfera.a xəbər verir k...

Prezident Fransa ilə bağlı heç vaxt danışılmayan məsələyə toxundu

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Fransa ilə bağlı heç vaxt danışılmayan bir məsələyə toxunub.   Sfera....