Bu sektorda ƏDV-nin 50 faizi geri QAYTARILIR
“Vergi Məcəlləsinə” edilən dəyişikliklərə əsasən, mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılıb.
Bu barədə Sfera.az-a iqtisadçı, deputat Vüqar Bayramov məlumat verib.
O qeyd etdi ki, yeni dəyişikliklərdə məqsəd daha çox sərmayələr cəlb etməklə bu sektorun inkişafını stimullaşdırmaqdır:
“Eyni zamanda, bu, mədəniyyət sektorunda bir sıra xidmətlərin xərclərinin azalmasına və eləcə də qiymətin aşağı düşməsinə səbəb ola bilər. Artıq bu aydan mədəniyyət sektorunda ƏDV-nin geri qaytarılmasına başlanılıb. Belə ki, teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində göstərilən xidmətlərə görə nağdsız qaydada ödənilən ƏDV-nin 50 faizi geri qaytarılır. Yəni mədəniyyət xidmətləri üzrə də artıq keşbek təbiq olunur”.
V.Bayramov bildirdi ki, digər dəyişikliyə əsasən, bu aydan etibarən mədəniyyət sektorunda 5 il müddətinə torpaq vergisindən tam, mənfəət vergisindən 90 faiz azadolma verilməyə başlanılıb:
“Eyni zamanda, mənfəət (gəlir) vergisi üzrə güzəştin həcmi artırılaraq 75 faiz güzəşt 90 faizə qaldırıldı. Mövcud qanunveiriclik ilə güzəşt verilən subyektlərin sayı 1-dən 5-ə çatdırılıb. Güzəştdən istifadə edənlərin siyahısına teatr, muzey, simfonik orkestr və film prodüseri də əlavə edilib”.
Günay