Logo

Samux sakinindən narkotik vasitə və silah aşkarlandı - FOTO

Samux sakinindən narkotik vasitə və silah aşkarlandı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən və odlu silah-sursat saxlayan Ş.İsayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sfera.az-a verilən məlumata görə, ondan narkotik vasitə marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə saxlanılan şəxsin yaşadığı ünvanandan qanunsuz olaraq əldə edərək saxladığı “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Samux sakinindən narkotik vasitə və silah aşkarlandı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR