“Naxçıvan” hotelinin yerində tikiləcək bina ilə bağlı YENİ XƏBƏR – EKSKLÜZİV/FOTO

“Naxçıvan” hotelinin yerində tikiləcək bina ilə bağlı YENİ XƏBƏR – EKSKLÜZİV/FOTO

Bakı şəhəri günbəgün gözəlləşir, inkişaf edir. Bu inkişafa uyğun olaraq son illərdə paytaxtımızda çoxsaylı müasir memarlıq nümunələri inşa olunur. Lakin Bakıda köhnə, qəzalı binalar da mövcuddur. Onlar şəhərin estetik mənzərəsini korlamaqla yanaşı insanların həyatı üçün də təhlüə yaradırlar.
 

Belə binalardan biri də Paytaxtın İzmir və Abbasqulu ağa Bakıxanov küçələrinin kəşisməsində, “Hyatt regency” kompleksində yerləşən “Naxçıvan” hotelidir.


Sfera.az xəbər verir ki, Bizim.Media-nın əldə etdiyi məlumata görə, “Naxçıvan” hoteli sökülərək yerində eyni hündürlükdə müasir standartlara uyğun yeni binanın inşasına yaxın zamanda start veriləcək.


Qeyd edək ki, “Naxçıvan” hotelinin binası ötən əsrin ortalarında inşa edilib və uzun illər mehmanxana kimi istismar edilib. 2000-ci il noyabrın 25-də Bakıda 6,8 bal gücündə baş vermiş zəlzələdə bina ciddi ziyan görüb. Zəlzələdən sonra binada müəyyən bərkitmə və təmir işləri aparılsa da, hotel hazırda istismara yararsız vəziyyətdədir. Hətta binaya kənardan baxdıqda belə eyvanların altındakı çatları və açıqda qalmış dəmir konstruksiyaları aydın şəkildə görə bilirik.

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036368_5399863885508501484.jpg

 

Aparılan yoxlamalar zamanı məlum olub ki, binanın zirzəmisi və daxili konstruksiyası yararsız vəziyyətə düşüb. Binanın əsas dayaqları ciddi zərər görüb, dəmir-beton konstruksiyası erroziyaya uğrayıb. Bir sözlə, binanın istismarının davam etdirilməsi ciddi təhlükə mənbəyinə çevrilib.

 

“Bina ən qısa zamanda sökülməlidir”
 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasına tanınmış memar Cahid Həsənov bildirib ki, “Naxçıvan” hotelinin yenidən bərpası mümkün deyil:
 

“Binanın fasadında görüntü bir qədər səliqəli olsa da, zirzəmidə vəziyyət təhlükəlidir. İstinad divarları ciddi xələl görüb. Dəmir-beton konstruksiya artıq neçə illərdir ki, açıq havada qalıb. Nəticədə həmin metal-konstruksiya da erroziyaya uğrayıb.

 

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036419_5399863885508501485.jpg

 

“Naxçıvan” hotelinin mühəndis qurğuları sıradan çıxmaq üzrədir. Belə vəziyyətdə binanı hansısa əlavə gücləndirmə-bərkitmə işləri hesabına saxlamağa ehtiyac yoxdur.
 

Yeganə həll yolu “Naxçıvan” hotelinin sökülməsi və yerində şəhərin ümumi strukturuna uyğun yeni binanın inşa edilməsidir”.


“Naxçıvan” hotelinin yerində yeni binanın inşası məqsədəuyğun olardı”
 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə qeyd edib ki, “Naxçıvan hotel”in dayaqları ciddi zərər görüb:


“Ona görə də hotelin sökülməsi artıq bir zərurətə çevrilib. Bu prosesə nə qədər tez başlanılsa, bir o qədər tez xoşagəlməz hadisələrdən sığortalanmış olarıq.

 

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036370_5399863885508501488.jpg

 

Eyni zamanda, yerləşdiyi ərazi baxımından “Naxçıvan” hotelinin söküntüsündən sonra, yerində yeni və müvafiq arxitekturaya uyğun binanın tikilməsi daha məqsədəuyğun olar.

 

//ssl.bizim.media/file/articles/2024/09/11/1726036390_5399863885508501486.jpg


OXŞAR XƏBƏRLƏR

Ərdoğan: Terrorsuz Türkiyə hədəfimizə çatacağıq

Terrorsuz Türkiyə hədəfimizə çatacağıq.   Sfera.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında dey...

Prezident Azərbaycanın böyük uğur qazandığını ELAN ETDİ

Azərbaycanın D-8-ə qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yer...

Milli Cəbhənin yaradıcısı Jan-Mari Le Pen vəfat etdi - 5 dəfə prezidentliyə namizəd olmuşdu

Yanvarın 7-də ifrat sağçı Milli Cəbhə partiyasının qurucusu Jan-Mari Le Pen Fransada 96 yaşında vəfat edib. Onun ölümünü qızı Marin Le Penin rəhbərlik etdiyi Mi...

Mark Zukerberq "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcək

"Meta Platforms"un həmtəsisçisi Mark Zukerberq "Facebook" və "Instagram"da söz azadlığını bərpa edəcək.   Sfera.az-ın m...

"Avropa Komissiyasının Bakı konfransında iştirak etməməsi çoxsaylı suallar doğurur"

Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. ...

"Nə villa, nə də çoxlu pul istəyirəm" -Əməkdar artist

"Xalq Azəri necə sevirmiş... Nə adı, nə də sanı var. Xalqın sevgisi budur".   Sfera.az xəbər verir ki, bu sözləri Əməkdar ar...