“Xətai” metrosunda eskalator dayandı - Araşdırmalar başladı


“Xətai” metrosunda eskalator dayandı - Araşdırmalar başladı

Dünən saat 19:25-də "Xətai" stansiyasında sərnişinin eskalatorun "Stop" açarını sıxması nəticəsində eskalatorun dayandırılmasının və nəticədə qarşısında sıxlıq yaranmasının səbəblərinin araşdırılmasına başlanılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin bu gün yaydığı məlumatında deyilir.

 

Bildirilir ki, eskalatorun dayanması səbəbini müəyyən etmək məqsədilə dərhal idarəetmə panelinə baxış keçirilib: "Baxış nəticəsində texniki problem olmadığı, dayanmanın "Stop" açarının sıxılması səbəbindən baş verdiyi müəyyən edilib. Daha sonra eskalatorun fəaliyyəti bərpa olunub. Qeyd edilməlidir ki, "Stop" açarı fövqəladə hallarda, təcili və təxirəsalınmaz zərurət olduqda, eskalatorun dayandırılmasını təmin edir".

 

QSC qeyd efir ki, hadisə ilə bağlı müvafiq araşdırmaların aparılması və tədbirlərin görülməsi üçün Bakı Metropolitenində Polis İdarəsinə müraciət edilib.

 

Xatırladırıq ki, "Stop" düyməsinin əsassız sıxılması İnzibati Xətalar Məcəlləsinin 306.4-cü maddəsinə uyğun olaraq məsuliyyət yaradır.

 

"Sərnişinlərdən rica edirik ki, eskalatorlarda təhlükəsizlik, istifadə qaydalarına və tələblərinə zidd olan hallara yol verməsinlər, uşaqlara nəzarət etsinlər. Eskalatordan düzgün istifadə olunmazsa, bu, sərnişin təhlükəsizliyinə ciddi təhlükə mənbəyinə çevrilə bilər. Bir sərnişinin yanlışlığı onun özünün, eləcə də ətrafında olan digər sərnişinlərin narahatlığını, xəsarət almasını və digər bədbəxt hadisələrin baş verməsini qaçılmaz edə bilər.

 

Həmçinin eskalatora tullantı atmaq, sürahini çıxarmaq və onun üstünə əşya qoymaq İnzibati Xətalar Məcəlləsinə görə müvafiq qaydada məsuliyyət yaradır", -- "Bakı Metropoliteni" qeyd edir.

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda quş qripi aşkarlanıb? -AÇIQLAMA

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyinin qarşısının alınması üzrə ötən ilin 16-20 dekabr tarixlərində keçirdiyi epizootoloji monit...

Daha bir jurnalistə vəzifə verildi

Xəzər televiziyasının Qarabağ üzrə bölgə müxbiri Şamxal Cəlil oğlu Adıgözəlov yeni vəzifəyə təyinat alıb.   Sfera.az xəbər verir ki, bu barədə jurnal...

Rəsmi Bakıdan Makronun iddialarına - CAVAB

“Fransa prezidentinin Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları və real faktları təhrif edən təxribat dolu açıqlamaları qəbuledilməzdir&rd...

Yer üzünü bürüyən qatı duman əhalini qorxuya saldı: Bioloji silahlar təhlükəsindən narahatdırlar

1950-ci ilin sentyabrında bir həftə ərzində ABŞ Hərbi Dəniz Qüvvələri San-Fransisko (Kaliforniya, ABŞ) sahillərindən cəmi 3 kilometr aralıda havaya çoxlu miqdar...

Çində xəstəxanalar dolub: Virus ölümcüldür

Çin, qrip və COVID-19-a bənzər simptomları olan və tənəffüs damcıları ilə yayılan yeni metapnevmovirusun (HMPV) yayılması ilə üzləşib. Bu barədə Çinin NDTV tele...

Axtarışda olan şəxs Bakıya gətirildi

Azərbaycan vətəndaşı Taleh Mehdi oğlu Becanovun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin edilib.  ...