Təyyarə qəzasında həlak olanların yeddi mərsimidir


Təyyarə qəzasında həlak olanların yeddi mərsimidir

Bu gün - 31 dekabr AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən "Embraer-190" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak Azərbaycan vətəndaşlarının yeddi mərasimidir.

 

Sfera.az xəbər verir ki, məlum təyyarə qəzasında həlak olanlar dekabrın 29-da dəfn olunublar.

 

Onlardan üçü - təyyarənin komandiri İqor Kşnyakin, pilot Aleksandr Kalyaninov və stüardessa Hökümə Əliyeva II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 4 nəfərin meyiti gətirilib. Dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla, 24 nəfərin nəşi ölkəyə gətirilib.

 

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb./modern.az


OXŞAR XƏBƏRLƏR