Səhiyyə Nazirliyi plastik cərrahlara yenidən çağırış etdi


Səhiyyə Nazirliyi plastik cərrahlara yenidən çağırış etdi

Azərbaycan Respublikasınının Səhiyyə Nazirliyi yenidən plastik cərrahlara çağırış edib.

 

Sfera.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

 

Məlumatda deyilir ki, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib. Əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb:

 

"Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranmışdır. Bununla bağlı, Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır.

 

Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər".

 

Qeyd edilib ki, mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir - Prezident

Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdi...

YAP Mərkəzi Aparatında müşavirə keçirildi

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Apa...

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik etdi

Prezident İlham Əliyev müqəddəs Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını təbrik edib.   Sfera.az xəbər verir ki, ölkəmizin büt...

Bu tarixdə qar yağacaq

Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə arabir yağış ya...

Həftəsonu aşkarlanan silah-sursatın sayı AÇIQLANDI

Qanunsuz saxlanılan odlu silah-sursatın Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbi...

“2 yaşından atasız böyümüşəm, qızım da 2 yaşında atasız qaldı” - Nigar Baxşəliyeva

“Bir dəfə belə xətrimə dəyməyib, həmişə can deyib can eşitmişik”.   Sfera.az azxebercom-a istinadən yazır ki, bu sözləri mərhum akty...