Bu nazir cəmi bir il prezident OLACAQ

Bu nazir cəmi bir il prezident OLACAQ

İsveçrənin maliyyə naziri Karin Keller-Sutter ölkə prezidenti vəzifəsinin icrasına başlayıb.

 

Sfera.az xəbər verir ki, onun səlahiyyət müddəti ilin sonunda başa çatır.

 

Dekabrın 11-də İsveçrə Federal Məclisi (Parlament) Keller-Sutterin 2025-ci ildə dövlət başçısı seçildiyini elan edib. Bu vəzifədə o, Konfederasiyanın müdafiə naziri Viola Amherdi əvəzləyib.

 

Keller-Satter 1963-cü ildə katolik ailəsində anadan olub. O, Sürix Tətbiqi Elmlər Universitetində tərcüməçi təhsili alıb, sonra Friborq Universitetində pedaqogika üzrə aspirantura kursunu bitirib. 1992-ci ildə siyasi fəaliyyətə başlamazdan əvvəl məktəb müəllimi işləyib.

 

"Financial Times" qəzeti yeni prezidenti 2023-cü ilin ən nüfuzlu 25 qadınından biri seçib. 


OXŞAR XƏBƏRLƏR