Bunu edən şəxslər CƏRİMƏLƏNƏCƏK

Bunu edən şəxslər CƏRİMƏLƏNƏCƏK

Bu gündən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilir.

 

Sfera.az  xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.

 

Qanuna əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

 

Qanun bu gündən qüvvəyə minir.


OXŞAR XƏBƏRLƏR

Sabahdan güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Yanvar ayının ilk günlərində ölkə ərazisində sinoptik vəziyyətlə əlaqədar hava şəraiti mülayim, əsasən yağmursuz keçib. Mülayim cənub-qərb küləkləri üstünlük tə...

Bakıda özəl klinika 20 min cərimələndi

Bakıda lisenziya olmadan özəl tibb fəaliyyəti (kosmetoloji) ilə məşğul olan VMR Medical Center MMC ilə bağlı məhkəmə qərar verib.   Sfera.az Qay...

Bakıda avtomobil partlayıb, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində avtomobildə partlayış baş verməsi barədə məl...

Antalyaya rekord sayda turist gəlib – RƏQƏMLƏR

2024-cü ildə Antalyaya gedən turistlərin sayı açıqlanıb.  Sfera.az xəbər verir ki, ötən il Antalya 17 milyon 278 min 103 turisti qəbul edib. Bu r...

“Made in China 2025” proqramı işə salındı, hədəf nədir? - ŞƏRH

Pekin Çin iqtisadiyyatını 2025-ci ildə daha böyük uğura aparan yol xəritəsi tərtib edib. Belə ki, Çin lideri Si Cinpin ölkəsini dominant güc olmaq və şirkətləri...

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı istintaqın yekunlaşacağı son tarix AÇIQLANDI

Ötən ilin dekabr ayının sonunda Aktau şəhəri yaxınlığında qəzaya uğramış "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəza səbəblərinin istint...