“Qara qutu” üç ölkənin iştirakı ilə açılacaq

"Qara qutu" üç ölkənin iştirakı ilə açılacaq
Kateqoriya məlum deyil
T

Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin “qara qutu”larının deşifrə edilməsində iştirak etmək üçün Rusiya, Qazaxıstan və Azərbaycandan olan mütəxəssislər Braziliyaya yollanacaqlar.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Braziliyanın Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

Bildirilib ki, “qara qutu”nun oxunması hər üç ölkənin nümayəndəsinin nəzarəti altında həyata keçiriləcək.

 

“Qara qutu”lar Braziliyaya dekabrın 31-də çatacaq. İşlər tamamlandıqdan sonra çıxarılan məlumatlar beynəlxalq qəza araşdırması protokollarına uyğun olaraq bu hadisənin araşdırılmasına cavabdeh olan Qazaxıstanın Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək”, - deyə Braziliya Hərbi Hava Qüvvələrinin məlumatında bildirilib.

 

Xatırladaq ki, AZAL-a məxsus təyyarə dekabrın 25-də Aktau yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Həlak olanlardan 3-ü ekipaj üzvüdür. Onlara Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR