Naxçıvandan Bakıya uçan təyyarə gecikir -SƏBƏB

Naxçıvandan Bakıya uçan təyyarə gecikir -SƏBƏB

Azərbaycan Hava Yollarının Bakı-Naxçıvan-Bakı marşrutu üzrə planlaşdırılan bir sıra reyslərinin uçuşu Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində əlverişsiz hava şəraiti səbəbindən (qatı duman) gecikir.

 

Sfera.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti məlumat yayıb.

 

"Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi tərəfindən məlumat verilir.

 

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

 

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

 

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər", - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Polis 36 kiloqrama yaxın narkotik maddə aşkar edib - DİN

Mayın 17-də və 18-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 36 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxar...

Ana səsi körpə beynində mühüm yer tutur - YENİ ARAŞDIRMA

Yeni aparılmış elmi araşdırma valideynlərin, xüsusilə də anaların körpələrin beyin inkişafında düşündüyümüzdən daha böyük rol oynadığını ortaya çıxarıb.  ...

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında mayın 19-u axşam və 19-dan 20-nə keçən gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.   Sfera.az xəbər verir ki...

Fransalı siyasətçi Makronu “axmaq” adlandırdı

Fransanın tanınmış siyasətçisi Floriаn Filippо Prezident Emmanuel Makronu sərt şəkildə tənqid edib.   Sfera.az xəbər verir ki, Filippо bu barədə...

Azərbaycanda sürücülük vəsiqəsi lazım olmayacaq

Azərbaycan qanunvericiliyinə əsasən, avtomobil hərəkətdə olduğu zaman sükan arxasında sürücülük vəsiqəsi olan məsul şəxs mütləq şəkildə olmalıdır. Avtomobil avt...

Səhnədə yenə huşunu itirdi

Türkiyəli müğənni Ziynet Salinin başına iş gəlib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Çeşmə bölgəsində səhnəyə çıxan 50 y...