Azərbaycanda hərbi xidməti çağırış yaşı 30-a endirildi

Azərbaycanda hərbi xidməti çağırış yaşı 30-a endirildi

Azərbaycanda hərbi xidmətə çağırış yaşının yuxarı həddi azaldılıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı İlham Əliyev Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarında dəyişikliyi təsdiqləyib.

 

Belə ki, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.

 

Xatırladaq ki, bu günə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir.

 

Həmçinin Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilib.

 

Bununla bərabər, çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.

 

Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 


OXŞAR XƏBƏRLƏR

Emindən qızı ilə bağlı paylaşım - Video

Xalq artisti Emin Ağalarov qızı Afinanı doğum günü münasibətilə təbrik edib.    Sfera.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında pay...

"Turan Tovuz"un Antalyadakı rəqibi BİLİNDİ

"Turan Tovuz"un Türkiyədəki təlim-məşq toplanışında ilk rəqibi dəqiqləşib.   Sfera.az xəbər verir ki, Kurban Berdiyevin rəhbərlik etdiyi ko...

“2024 mənim üçün uğurlu olmadı” - Məşhur aktrisa

Aktrisa Ülviyyə Xalinbəyova instaqram paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi üzüm ənənəsini yerinə yetirdiyi anları payl...

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək

Yanvarın 1-dən ölkə ərazisində istehsal olunan avtobusların satışı, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxal...

Bəşər Əsəddən sonra ilk Yeni illərini belə qeyd etdilər - Fotolar

Məlum olduğu kimi, bu gecə dünya əhalisi yeni ilin başlanğıcını qeyd edib. Suriyada da sakinlər ölkədə Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ilk Yeni i...

"Real" Rüdigerlə müqaviləni uzatmaq istəyir

Almaniya millisinin də üzvü olan müdafiəçi ilə yaxın günlərdə danışıqların başlanacağı bildirilib.   Sfera.az xəbər verir ki, 2022-ci ildən...