Logo

Təyyarə qəzasında həlak olan Sumqayıt sakini dəfn edildi

Təyyarə qəzasında həlak olan Sumqayıt sakini dəfn edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

AZAL-a məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Sumqayıt sakini Ağayev Ramin Söhbət oğlu bu gün Sumqayıtın Zeynalabdin qəsəbəsinin qəbiristanlığında dəfn olunub.

Sfera.az xəbər verir ki, 1996-cı il təvəllüdlü R.Ağayevin nəşi qəsəbədə yaşayan valideynlərinə təhvil verilib.

Dəfn mərasimində qəsəbə sakinləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR