Logo

Norveçə məxsus təyyarə eniş zamanı zolaqdan çıxdı: 176 sərnişin və 6 ekipaj üzvü…

Norveçə məxsus təyyarə eniş zamanı zolaqdan çıxdı: 176 sərnişin və 6 ekipaj üzvü...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Norveçdən Hollandiyaya uçan sərnişin təyyarəsi təcili eniş zamanı uçuş-enmə zolağından çıxıb.

Sfera.az bildirir ki, təyyarədə olan 176 sərnişin və 6 ekipaj üzvünün xəsarət almadığı vurğulanıb.

“Royal Dutch Airline KLM”dən verilən açıqlamaya görə, təyyarə Oslo hava limanından Amsterdama qalxarkən Sandefjord hava limanına yönləndirilib.

Təcili eniş zamanı “Boeing 737-800” tipli təyyarə uçuş-enmə zolağından çıxaraq sürüşərək ot örtüyünə düşüb.

Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib. Norveç mətbuatında çıxan xəbərlərə görə, təyyarə hidravlik sistemindəki nasazlıq səbəbindən təcili eniş edib.

Günay

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR