Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?


Bu köçkünlərə Qarabağda ev də verilməyəcək?

Qanunvericilikdə edilən dəyişikliklərə görə, adına ev, torpaq sahəsi olan məcburi köçkünlərin çörəkpulu kəsilir. Son vaxtlar sosial şəbəkələrdə yayılan iddialara görə, həmin şəxslərə Qarabağda və Şərqi Zəngəzurda ev də verilməyəcək.

 

Sfera.az xəbər verir ki, mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, müavinətlərlə bağlı tətbiq olunan qaydanın ev təminatı ilə heç bir əlaqəsi yoxdur:

 

“Məcburi köçkünlərə verilən aylıq müavinətlərlə bağlı qaydalar 2017-ci ildə dəyişdirilib. Yəni əslində, bu, yenilik deyil. Həmin qaydalara əsasən, mənzil sahibi olan, eyni zamanda, dövlət müəssisələrində çalışan və eləcə də ölkəni müəyyən müddət tərk edən məcburi köçkünlərin müavinətlərinin verilməsi dayandırılmışdı.

 

Bu qaydalar artıq xeyli müddətdir ki, qüvvədədir. Ona görə də bu qaydalarla məcburi köçkünlərin məskunlaşması və onların öz yurdlarında mənzil təminatı ilə hər hansı bir əlaqəsi yoxdur”.

 

Deputatın sözlərinə görə, mərhələli köç prosesində heç bir çətinlik, yaxud problem gözlənilmir:

 

“Təbii ki, ilkin yanaşma ondan ibarətdir ki, ilk növbədə, mənzil şəraiti ağır olan, yataqxana və inzibati binalarda məskunlaşan vətəndaşlarımızın köçürülməsi həyata keçirilir. Amma nəzərə almaq lazımdır ki, Qarabağ və Şərqi Zəngəzurdan məcburi köçkün olan vətəndaşlarımız mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdacaqlar və bununla bağlı həmin vətəndaşlarla mütəmadi əlaqələr saxlanılır. Məskunlaşma ilə bağlı hər hansı problem, yaxud çətinliyin olacağı gözlənilmir”.


OXŞAR XƏBƏRLƏR

İstirahət etmək üçün 10 ən gözəl ÖLKƏ - SİYAHI

Bayram, o cümlədən istirahət günlərində insanlar fərqli maraqlara və hava şəraitinə uyğun olaraq bir çox ölkəyə səyahət edə bilərlər. Bu isə istirahət növünə...

“Azərlotereya” Xankəndində "Qış nağılı"nda iştirak edir - FOTOLAR

"Azərlotereya" ASC Qarabağın dirçəldilməsi naminə keçirilən sosial və mədəni layihələrə dəstəyini davam etdirir. 34 ildən sonra ilk dəfə Xankəndi şəhə...

“ABŞ və NATO Rusiya üçün yeni raket təhdidləri yaratsalar, qəti cavab alacaqlar” - Lavrov

“ABŞ və NATO Rusiya üçün yeni raket təhdidləri yaratsalar, qəti cavab alacaqlar”.   Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naz...

Dünyanın ən sürətli qatarı gələn ildən xidmətə başlayacaq

Dünyanın ən sürətli qatarı gələn ildən xidmətə başlayacaq Dünyanın ən sürətli ticarət qatarı 2025-ci ildə fəaliyyətə başlayacaq.   Sfera.az xəbər ver...

Təyyarə qəzasında həlak olan pilotlar dəfn edildi - YENİLƏNDİ

Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyaninov II Fə...

“Qəti cavab veriləcək” - Lavrov ABŞ və NATO-nu TƏHDİD ETDİ

“ABŞ və NATO Rusiya üçün yeni raket təhdidləri yaratsalar, qəti cavab alacaqlar”.   Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər na...