“Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın” -Kapitanın qızı

“Ata, sən mənim qəhrəmanımsan, günahkarı tapdın” -Kapitanın qızı

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsinin kapitanı İqor Kşnyakinin qızı atası ilə bağlı paylaşım edib.

 

Sfera.az xəbər verir ki, o, sosial şəbəkə hesabında yazıb:

 

“Ata, sən mənim qəhrəmanımsan, həmişə ürəyimdə qalacaqsan, onlarla insanın həyatını xilas etmək üçün əlindən gələni etdin, öz həyatını qurban verdin, günahkar tapdın, mənim yanımda çox güclüsən, belə bir atam olduğu üçün həmişə fəxr edəcəm. Çox əyləncəli idin, həmişə bizim üçün hər şeyi etdin, xoşbəxt olmağımızı istədin. Ən yaxşı ata! Cənnətdə olasan, inşallah! Allah rəhmet eləsin!” - həlak olan kapitanın qızı kədərini bölüşüb.

 

Qeyd edək ki, təyyarəni idarə edən və böyük təcrübəyə malik olan hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib. Onlardan təxminən 11 200 saatını kapitan qismində olub. Dəhşətli qəzada 29 nəfərin sağ qalması onun qəhrəmanlığı sayəsində olub.

 




OXŞAR XƏBƏRLƏR