Təyyarədə oksigen balonunun partlaması iddiasına nazirdən CAVAB
Cəmiyyət
18:21 / 27.12.2024
14967
Təyyarədə oksigen balonunun partlaması iddiası Rostovdakı dispetçer tərəfindən irəli sürülüb.
Sfera.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qazaxıstan rəsmilərinin AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamalarını şərh edərkən bildirib.
"Qazaxıstan rəsmilərinin verdiyi açıqlamaya baxsaq, təyyarədə oksigen balonunun partlaması iddiasının Rostovda olan dispetçer tərəfindən irəli sürüldüyünə istinad edirlər. Hesab edirik ki, ilk növbədə, bu məlumatın düzgünlüyünü yoxlamaq lazımdır. Bu, maraqlı tərəfdən verilən məlumatdır. Bunu təkzib edən faktlarla bağlı da qeyd etdim ki, partlayış səsləri kənardan gəlib”, - o deyib.