Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

Yardımlı sakinindən külli miqdarda narkotik aşkarlandı

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitəni Bakı şəhərinə çatdıraraq satışını təşkil etmək istəyən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sfera.az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş 33 yaşlı İsgəndər Ağayev saxlanılıb. Ondan şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi 6 kiloqram heroin aşkarlanıb.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar aparılır.

 

Qeyd edək ki, cari il ərzində Yardımlı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumilikdə 220 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.


OXŞAR XƏBƏRLƏR

İctimai və Dövlət maraqlarının müdafiəsi: Azərbaycanda aktual yanaşmalar və tətbiq

İctimai və dövlət maraqlarının müdafiəsi, müasir cəmiyyətin və dövlətin sabitliyinin, davamlı inkişafının və hüquq sisteminin səmərəliliyinin təmin olunmasında ...

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir”- VİDEO

“Zəngəzur dəhlizi və sülh müqviləsi ilə bağlı yaxın perespektivlər bəllidir. Sülh müqaviləsinin şərtləri artıq razılaşdırılıb. Qalan məsələlər yaxın zaman...

Nazirlikdən hava ilə bağlı əhaliyə- Müraciət

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.   Sfera.az xəbər verir ki, müraciətdə dey...

"Unibank" dayanıqlı maliyyə seminarları təşkil edib

"Unibank" tərəfindən universitet tələbələri üçün “Bankçılıqda Dayanıqlılıq: Risklər, Gəlirlilik və Sosial məsuliyyət” mövzusunda maariflən...

Çiyələklər necə təmizlənməlidir: 3 asan ÜSUL

Çiyələkləri düzgün təmizləmək onların həm sağlam, həm də uzun müddət təzə qalması üçün əsas şərtdir.   Sfera.az xəbər verir ki, meyvə istehlakın...

İşlədiyi evdən oğurluq edən usta saxlanıldı

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.   Sfera.az xəbər verir ki, bu barədə DİN-i...