“Zəng edib dedilər ki, başınız sağolsun!”- Hökümənin atası


“Zəng edib dedilər ki, başınız sağolsun!”- Hökümənin atası

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarənin göyərtəsində olan ekipaj üzvlərindən, stüardessa  Hökümə Əliyevanın atası Cəlil Əliyev açıqlama verib.

 

Sfera.az bildirir ki, C.Əliyev “Qafqazinfo”ya açıqlamasında qızının taleyi ilə bağlı suala belə cavab verib:

 

“Bu gün təyyarə qəzasında ekipaj üzvləri arasında olanlardan biri də, mənim qızım Hökümə Əliyevadır. Azərbaycan Hava Yollarından mənə zəng edib dedilər ki, başınız sağolsun! Başqa heç nə bilmirəm”.

 

O bildirib ki, Hökümə 2016-cı ildən Azərbaycan Hava Yollarında çalışıb.

 

Xatırladaq ki, daha əvvəl Ə.Hökümənin qardaşı Coşqun Nəsibli bildirib ki, bacısının şəxsiyyətinin müəyyən edilməsi üçün ondan DNT analizi götürülüb.

 

Onu da əlavə edək ki, Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib ki, qəzaya uğrayan təyyarənin 3 ekipaj üzvü sağ qalıb, ikisi həlak olub.

 

Qeyd edək ki, təyyarənin qəza enişi etməsindən bir neçə dəqiqə öncə videogörüntüləri yayılıb. 33 yaşlı Hökümə Əliyeva həmin görüntülərdə son ana qədər sərnişinlərə təlimat verən, onları təmkinli olmağa səsləyən həmin ekipaj üzvüdür. Onun “Hər şey yaxşı olacaq” dediyi video sosial mediada geniş müzakirə olunur.

 

 

 


OXŞAR XƏBƏRLƏR

İstanbulda Rusiya-Ukrayna danışıqları mayın 16-da başlayacaq

Rusiya və Ukrayna arasında İstanbulda keçiriləcək danışıqlar mayın 16-da başlayacaq.   Sfera.az xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlu...

6 il əvvəl yanan “Diqlas”ın yerində nə tikiləcək? - VİDEO

6 il əvvəl yanan “Diqlas”ın yerində yeni ticarət mərkəzi tikiləcək.   Sfera.az xəbər verir ki, hazırda tikinti üçün sənəd işləri hazırlan...

Əhalinin nəzərinə: Gediş haqqı DƏYİŞƏCƏK?

Təkcə metro deyil, ictimai nəqliyyatın digər seqmentlərində də qiymətlərin diferensiallaşdırılması ilə bağlı müzakirələr artıq bir müddətdir ki, davam edir.&quo...

Məktəblərdə yay tətili qısaldılır?

“Məktəblərdə tədris müddətinin artırılması və yay tətilinin qısaldılması məsələsi cəmiyyət üçün sadəcə təqvim dəyişikliyi deyil, həm də pedaqoji və sosial...

Məhkəmədə işğal zamanı polislərimizin başına gətirilənlər göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zaman...

Azərbaycan təyarələri təlimdə "fil yürüşü" etdilər - FOTO

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2025” ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir. ...