Azər Zahid haqda həbs edildi - Bu cinayətlərdə ittiham olunur

Azər Zahid haqda həbs edildi - Bu cinayətlərdə ittiham olunur

"TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

 

Polisdə aparılan istintaqla ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

 

Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı bir neçə nəfər saxlanılıb. 

 

Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır


OXŞAR XƏBƏRLƏR

Neandertallar 270 min il əvvəl atəşi mənimsəmiş ola bilərlər - Alimlərdən yeni TƏDQİQAT

Fransanın cənub-şərqindəki "Aurinyak 3" mağarasında Avropada qədim insanların oddan idarə olunan istifadəsinə dair ilkin birbaşa sübutlar tapılıb. &n...

Nazir: "Son qərar sabah və ya yaxın günlərdə veriləcək"

Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan “AZAL”a məxsus “Embraer” təyyarəsinin qara qutuları aşkarlanıb.   Sfera...

11 gün yuxusuz: Adi məktəb təcrübəsi bir yeniyetmənin həyatını necə dəyişdi

1964-cü ildə Kaliforniya ştatının San Dieqo şəhərindən (ABŞ) 17 yaşlı Rendi Qardner ən uzun oyaqlıq müddətinə - 264 saat 25 dəqiqəyə görə dünya rekordu qırıb. K...

Təyyarə qəzasında sağ qalanların YENİ SİYAHISI

İctimai fəal Haldun Novruzzadə Qazaxıatanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı sağ qalanların yeni siyahısını paylaşıb.   Sfer...

Azərbaycan futzalında AĞIR İTKİ

Azərbaycan futzalında ağır itki baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.   Belə ki, vet...

Rusiya gəmisi İspaniya sahillərində batıb: Qiymətli yük və ekipajın bir hissəsi itkin düşüb

Vladivostoka nüvə buzqıran gəmisi üçün lyuklar daşıyan Rusiyanın “Ursa Major” yük gəmisi İspaniya sahillərində batıb. Bu barədə “X” sosi...