Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi

Heydər Əliyev Beynəlxalq Aeroportunda təcili tibbi yardım briqadası hazır vəziyyətə gətirildi
Kateqoriya məlum deyil
T

Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən əlaqələndirilmiş qaydada təşkil edilən təcili tibbi yardım briqadası hava limanında hazır vəziyyətə gətirilib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bu istiqamətdə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin könüllülərindən ibarət dəstək qrupu da formalaşdırılıb:

 

"Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Dövlət Komissiyası Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya düşməsi nəticəsində xəsarət alan şəxslərin vəziyyəti və onları Azərbaycana gətirilməsinin mümkünlüyünü öyrənir. Bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - məlumatda qeyd edilib".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR