MEDİA təyyarə qəzası ilə bağlı çağırış etdi

MEDİA təyyarə qəzası ilə bağlı çağırış etdi

"Bəzi onlayn media subyektlərində Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının səbəblərinə dair müxtəlif mülahizələrə əsaslanan məlumatlar yayılmaqdadır".

 

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təyyarə qəzası ilə bağlı yaydığı məlumatda deyilib.

 

"Media subyektlərini məlumat yayarkən “Media haqqında” Azərbaycan Respublikası Qanununun mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblərinə əməl etməyə, rəsmi mənbələrin rəyini əks etdirməyən, təhrif olunmuş informasiya hazırlamaqdan çəkinməyə çağırırıq. Xüsusi vurğulayırıq ki, bu kimi hallar media etikasının tələblərinə cavab verməməklə yanaşı, media subyektinin hüquqi məsuliyyətini şərtləndirir. Jurnalistləri, ictimai fəalları belə məsələlərə qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumat əsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa, cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağırırıq", - deyə məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR

11 gün yuxusuz: Adi məktəb təcrübəsi bir yeniyetmənin həyatını necə dəyişdi

1964-cü ildə Kaliforniya ştatının San Dieqo şəhərindən (ABŞ) 17 yaşlı Rendi Qardner ən uzun oyaqlıq müddətinə - 264 saat 25 dəqiqəyə görə dünya rekordu qırıb. K...

Təyyarə qəzasında sağ qalanların YENİ SİYAHISI

İctimai fəal Haldun Novruzzadə Qazaxıatanın Aktau şəhərində baş verən təyyarə qəzası zamanı sağ qalanların yeni siyahısını paylaşıb.   Sfer...

Azərbaycan futzalında AĞIR İTKİ

Azərbaycan futzalında ağır itki baş verib.   Sfera.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.   Belə ki, vet...

Rusiya gəmisi İspaniya sahillərində batıb: Qiymətli yük və ekipajın bir hissəsi itkin düşüb

Vladivostoka nüvə buzqıran gəmisi üçün lyuklar daşıyan Rusiyanın “Ursa Major” yük gəmisi İspaniya sahillərində batıb. Bu barədə “X” sosi...

“Forbes cinayətkarı”: Dünyanın ən məşhur narkobaronlarından biri azadlığa buraxıldı

Kolumbiyanın ən məşhur narkobaronlarından biri və Medellin kartelinin əsas funksioneri olan narkobaron Fabio Oçoa ABŞ-da 30 illik həbs cəzasının 25 ilini çəkdik...

Soyuqdəymə bu dörd səbəbə görə axşam saatlarında pisləşir

Sirkadiyalı ritmləri dəyişdirmək, kortizol səviyyəsini azaltmaq, yalançı vəziyyətdə istirahət etmək və axşam saatlarında rifahınıza daha çox diqqət yetirmək soy...