"Türkiyə Qarabağı azad edəcək..." ŞOK
“Türkiyə Qarabağın azad olunmasını həyata keçirəcək, əvəzində də Bakı Ankaraya Xəzər dənizindən Orta Asiyaya dəhliz verəcək”.
BiG.AZ xəbər verir ki, bu iddia ilə rusiyalı ekspert Əjdər Kurtov çıxış edib.
Onun sözlərinə görə, Türkiyə Rusiyanın sanksiyalarına qarşı əks-tədbirlər görmək niyyətindədir: “Rusiya qazına alternativ olaraq Azərbaycan qazını almaq üçün mövcud layihələr sürətləndiriləcək. Doğrudur, Azərbaycan qazı onun ehtiyacını tam ödəmir, lakin Türkmənistan qazının da eyni xətlə alınması istiqamətində danışıqlar aparılır”.
Ekspert hesab edir ki, Qarabağ münaqişəsi yeni gərginlik zonasına qədəm qoyarsa, Rusiya bundan qaçmağa çalışacaq: “Çünki Rusiyanın iqtisadi vəziyyəti çətindir, bir çox problemli zonalara daxil olub. Hazırda Ukrayna və Suriya münaqişəsində birbaşa iştirak edir. Ehtimal ki, Moskva Qarabağ böhranından çəkinəcək və məsələni diplomatik yolla həll etməyə çalışacaq”.






