Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verdi

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verdi

Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)” təsdiq edilib.

 

Sfera.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Təmərküzləşmədə iştirak edən maliyyə institutları aşağıdakı hallardan ən azı biri olduqda rəqabət orqanına razılıq alınması üçün müraciət etməlidirlər:

 

- təmərküzləşmədə iştirak edən maliyyə institutlarından biri müvafiq bazarda hökmran mövqedə olduqda;

 

- təmərküzləşmə nəticəsində müvafiq bazarda hökmran mövqeyə malik olan maliyyə institutu yarandıqda.

 

Bu sənəd ilə müəyyən olunmuş tələblər rezolyusiya prosesində həyata keçirilən tədbirlərə münasibətdə tətbiq olunmur. Bu halda Mərkəzi Bankı rezolyusiya tədbirləri barədə qərar qəbul etdikdən sonra 7 ş günü ərzində bu barədə rəqabət orqanına məlumat verir.

 

Sənədə əsasən, hökmran mövqe müəyyən edilir. Bir maliyyə institutunun təmərküzləşmədən öncəki sonuncu hesabat ilində aktivlərinin (pul vəsaitləri istisna olmaqla) 20 faizindən çox hissəsinin digər maliyyə institutu tərəfindən əldə edilməsi iqtisadi təmərküzləşmə hesab edilir.


OXŞAR XƏBƏRLƏR

İntiqam Babayev yüksək vəzifəyəTƏYİN OLUNDU

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə yeni müdir təyin olunub.   Sfera.az xəbər verir ki, mədəniyyət naziri Adil ...

1 May Beynəlxalq Əmək Günüdür

1 May dünyada Beynəlxalq Əmək Günü kimi qeyd olunur. Əmək hüquqlarının müdafiəsi və işçilərin həmrəyliyini simvolizə edən bu əlamətdar gün müxtəlif ölkələrdə rə...

Azərbaycanda 6 vəkilə xəbərdarlıq edildi

Vəkillər Kollegiyasının 6 üzvünə xəbərdarlıq olunub.   Sfera.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının rəyasət heyətinin iclasında bi...

126 nəfər zəhərləndi, 4 nəfər həyatını İTİRDİ – RƏSMİ

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 126 nəfər qəbul edilib.   Sfera.az xəbər verir ki, bu barə...

Bu gündən xəstəlik vərəqələri elektron formada VERİLƏCƏK

Bu gündən Səhiyyə Nazirliyi və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində sığortaolunanlar üçün xəstəlik vərəqələri elektron sənəd formasında ...

Azərbaycanda yeni qadağa qüvvəyə mindi - Bu gündən...

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.   B...