Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC

Yaradıcı, inamlı, xarizmatik... - Ən uğurlu 5 BÜRC

Astrologiyanın ən uğurlu bürcləri məlum olub.

 

Sfera.az bu dəfə həmin məlumatı təqdim edir.

 

Oğlaq - İntizamlı, iddialı və qətiyyətli xarakterə malikdirlər. Onlar qarşılarına yüksək məqsədlər qoyur və buna çatmaq üçün çox çalışırlar. Oğlaq bürclərinin ən böyük xüsusiyyətlərindən biri də uğursuzluqlar qarşısında belə təslim olmadan strateji olaraq irəliləmələri və hər şəraitdə yaşaya bilmələridir. Buna görə də onlar tez-tez biznesdə və rəhbər vəzifələrdə uğur qazanırlar. Uzunmüddətli planlar qurmaqda və məsuliyyət götürməkdə əladırlar.

 

Şir - Özlərinə tam inamları var və bu onlara ətrafdakıların üzərində güclü təsir buraxmağa imkan verir. Yaradıcılıqları, xarizması və insanlarla münasibətlərindəki uğurları onları iş dünyasında və sənət kimi sahələrdə zirvələrə apara bilər. Şirlər komandalarını ruhlandıran və motivasiya edən, uğur qazanmaq üçün bütün qabiliyyətlərini işə salan liderlərdir.

 

Əqrəb - Güclü intuisiya, qətiyyət və strateji düşünmə qabiliyyətləri ilə tanınırlar. Onlar yüksək emosional zəkaya malikdirlər və vəziyyətləri təhlil etməkdə çox müvəffəqiyyətlidirlər. Əqrəblər böhran anlarında belə soyuqqanlılığını qoruyub saxlayaraq, ən yaxşı nəticələrə nail olurlar. Onlar biznesdə, elmi araşdırmalarda və ya istənilən sahədə həvəslə çalışaraq uğur qazana bilərlər.

 

Buğa - Səbir və qətiyyətlə uzunmüddətli uğura nail olurlar. Onlar təbiətcə sabitdirlər və təhlükəsizlik axtarışları onları çox işləməyə sövq edir. Buğalar nə istədiklərini bilirlər və ona çatmaq üçün lazım olan hər addımı atırlar. Onlar yavaş-yavaş, lakin əminliklə irəliləyirlər. İş intizamı sayəsində onlar tez-tez maliyyə sahəsində və karyeralarında uğur qazanırlar.

 

Qız - Detallara diqqəti və mükəmməlliyi ilə seçilir. Hər hansı bir layihəyə başlayanda onu ən yaxşı şəkildə bitirməyə çalışırlar. Qızlar təşkilatçılıq bacarıqları və həll yönümlü yanaşmaları ilə çox uğurludurlar. Onların vasvası və analitik perspektivləri həm iş dünyasında, həm də elmi sahədə çox uğurlu olmalarına səbəb olur.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Hollandiyada 40-dan çox sənət əsəri zibilliyə atıldı

Maaşorst (Hollandiya) bələdiyyəsində bələdiyyə binasının bərpası zamanı ümumi dəyəri təxminən 22 min avro olan 45 sənət əsəri zibillə birlikdə çölə atılıb. Atıl...

Kişinin iki qadınla “toy”u polisin tələbi ilə ləğv edilib

Çin sosial mediasında klassik qara kostyumlu bir kişinin gəlinlik paltarında iki qadının müşayiəti ilə göstərildiyi toya dəvətnamə postu yayılıb. Şəkildə hər üç...

Gəzinti zamanı 1500 qədim sikkə tapdı - FOTO

Rumıniyada metal detektoru olan bir adam təxminən 1500 qədim Roma gümüş sikkəsini aşkar edib. Sikkələr demək olar ki, 1700 ildir ki, yerdə qalıb.   ...

Pakistan və Hindistan demarkasiya xəttinə atəş açır

Pakistan və Hindistan arasında bir neçə yerdə atışma qeydə alınıb. Demarkasiya xətti boyunca bir neçə nöqtədə atəş açıldığı bildirilir. Pakistan tərəfi atəş açı...

Çernobıl AES-də baş verən qəzadan 39 il ötür

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.   Sfera.az xatırladır ki, XX əsrin faciəsi adlandırılan bu hadisə ...

Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub

Türkiyənin Konya şəhərinin 67 yaşlı sakini dizindən əməliyyat olunduqdan və ardından yaranmış damar tıxanmasından sonra ana dilini unudub və on ildən sonra ilk ...