"Pullarınız bu yolla talanır" - DİN rəsmisindən XƏBƏRDARLIQ!

"Pullarınız bu yolla talanır" - DİN rəsmisindən XƏBƏRDARLIQ!

"Bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kodu və ya digər kod, məlumatlar tələb etmirlər".

 

Bu barədə Sfera.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev deyib. O qeyd edib ki, yalnız fırıldaqçılar gizli kodlarla maraqlanırlar.

 

“Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları var və geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50000, 13000, 10000, 8650, 8400, 4715, 4700, 7250, 4000, 3900, 3572, 3500, 2360, 2340, 2396, 2397, 2300, 2200, 1960, 1886, 1500, 1480, 1480, 1300, 1150, 900, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb. Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb”.

 

E.Hacıyev bildirib ki, heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə-naməlum şəxsə verilə bilməz: “Çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır”.

 

Günay

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Burak Özçivit “Kuruluş Osman”dan ayrıldı

Məşhur türkiyəli aktyor Burak Özçivit 6 ildir baş rolunu oynadığı “Kuruluş Osman” serialından ayrılıb.   Sfera.az xəbər verir ki, bununla...

Vardanyanın məhkəməsi – Zərərçəkənlər danışır, o isə susur

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat ha...

Azərbaycan və Gürcüstan XİN rəhbərləri görüşdü

Tiflisdə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Xarici İşlər Nazirliyinə gedib.   Sfera.az xəbər verir ki, Ceyhun Bayramov...

Növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil olunub

Qırmızı Ürəklər Fondunun və "Kapital Bank"ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı&rdquo...

FAKTİKİ HAVA: Bəzi yerlərdə 41 dərəcə isti var

Azərbaycanda iyulun 22-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunub, lakin axşam saatlarında bəzi dağlıq ərazilər...

Marşrut avtobusu işıq dirəyinə çırpıldı: yaralılar var – VİDEO

Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az “Report”a istinadən...