Daha 49 ailə doğma Şuşa şəhərinə yola düşdü

Daha 49 ailə doğma Şuşa şəhərinə yola düşdü

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınır.

 

Sfera.az xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı dekabrın 21-də Bakı şəhərinin Qaradağ rayonundan yola düşür.

 

Bu mərhələdə Şuşa şəhərinə 49 ailə - 191 nəfər köçürülür.

 

Onlardan 40 ailə (148 nəfər) Bakı şhərindən, iki ailə (10 nəfər) Ağcabədi rayonundan, iki ailə (doqquz nəfər) Bərdə rayonundan, bir ailə (altı nəfər) Sumqayıt şəhərindən, bir ailə (beş nəfər) Ağdaş rayonundan, bir ailə (beş nəfər) Kürdəmir rayonundan, bir ailə (üç nəfər) Abşeron rayonundan olan məcburi köçkünlərdir.

 

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 42 ailə (157 nəfər) Qaradağ rayonu "Qobu Park-3" köçkün şəhərciyindən, Ağcabədi, Bərdə, Ağdaş, Goranboy və Kürdəmir rayonlarında məskunlaşmış yeddi ailə (34 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

 

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

 

Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

 

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 318 ailənin, yəni 1 180 nəfərin daimi məskunlaşması təmin edilib.


OXŞAR XƏBƏRLƏR

"Övladım olmasa da, həyat yoldaşımdan ayrılmaram"

"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, so...

MEDİA: Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına da...

Bu rayonda da ehsan verilməyəcək

Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat y...

Moskvada 122 illik temperatur rekordu yenilənib

Rusiya paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6°C-ə qədər qızıb və bununla 1903-cü ildəki əvvəlki maksimum geridə qoyulub. ...

Günvurma ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ

Azərbaycan ərazisində uzun sürən nisbətən sərin və rütubətli hava şəraitindən sonra son günlər tempraturun qəfil yüksəlməsi narahatlıq doğurub. Artıq bəzi ...

Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.   Sfera.az&nbs...