Tarif Şurasından yeni qərar
Azərbaycan Respublikası Tarif (qiymət) Şurası "Dərman vasitələrinin qiymətlərinin hesablanması
üsullarına dair Təlimat"a uyğun olaraq, yeni qərar verib.
Sfera.az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Tarif (qiymət) Şurasının
2015-ci il 21 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş "Dərman vasitələrinin qiymətlərinin hesablanması
üsullarına dair Təlimat"a uyğun olaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası yeni siyahı üzrə
dərman vasitələrinin aptek təşkilatlarına topdan və aptek təşkilatı tərəfindən pərakəndə satış qiymətləri
və onların qüvvəyə minmə tarixləri təsdiq edib.
Qərara görə, 2016-cı il 25 fevral tarixindən etibarən bu qərara Əlavə 2-də göstərilən təsiredici maddələr
üzrə (bu Əlavədə göstərilməyən digər kombinə olunmuş dərman vasitələri istisna olmaqla) qiymətləri
təsdiq edilməyən dərman vasitələrinin satışı yalnız həmin dərmanların qiymətləri təsdiq edildikdən sonra
həyata keçirilə bilər.
Bu qərara Əlavə 3-də göstərilən təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi
üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2016-cı il fevral ayının 22-dək müəyyən edilib.






