Fərid Vəliyev PA-da yüksək vəzifəyə TƏYİN OLUNDU

Fərid Vəliyev PA-da yüksək vəzifəyə TƏYİN OLUNDU

Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna yeni təyinat olub.



Sfera.az "operativ media"ya istinadən xəbər verir ki, Fərid Əzizağa oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin edilib.



Qeyd edək ki, F.Vəliyev 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" ixtisası üzrə bakalavr, "İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı" ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində "Elektron hökumət", İstanbul Texniki Universitetində "Rəqəmsal transformasiya sahəsində idarəetmə" istiqamətləri üzrə sertifikat proqramlarını keçib.



Azərbaycan Mərkəzi Bankında, ASAN Xidmətdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır.


OXŞAR XƏBƏRLƏR

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...

Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək

Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Suriya...

Ögey qardaşını öldürdü

Yevlaxda 34 yaşlı kişi ögey qardaşını qətlə yetirib.   Sfera.az-ın xəbərinə görə, rayon sakini, 1991-ci il təvəllüdlü Süleyman Vidadi oğlu Əzizov müb...

Bu ərazilər qazsız qalacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı kəsiləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (S...

Kənan Quluzadə: "Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək"

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı qarşılıqlı turist axınının artmasına töhfə verəcək.   Sfera.az xəbər verir ki, bunu Dövlət Turiz...