Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında...


Xəzərdən gələn TƏHLÜKƏ: Bakıya XƏBƏRDARLIQ! Yanvar ayında...

2024-cü il həm Azərbaycan, həm də digər bir sıra ölkələr üçün seysmik aktiv bir dövr oldu. İlin ilkin ayında - yanvarın 19-da 5,1 bal gücündə baş verən zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunmuşdu. Daha sonra iyul ayında Lənkəran bölgəsində 4,7 bal gücündə yeraltı təkanlar meydana gəlmişdi. Ən son isə noyabrın 23-də Laçın ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.

 

Artıq il sonudur. Bəs bu aktivlik 2025-ci ildə də ölkəmizdə müşahidə olunacaqmı? Növbəti ilin zəlzələ proqnozu necədir?

 

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri, Yer elmləri üzrə elmlər doktoru dosent Qulam Babayev bu barədə Yenisabah.az-a açıqlama verib. O, bildirib ki, gələn ilin ilk anlarından seysmik aktivlik müşahidə ediləcək:

 

“Çox güman ki 2025-ci ilin ilk kvartasında nəinki Azərbaycanda, dünya miqyasında seysmik və tektonik aktivlik intensiv formada davam edəcək. Hesablamalarıma uyğun olaraq, dövrilik hələ ki davam edir. Azərbaycana gəlincə, həmişə öz çıxışlarımda qeyd etmişəm ki, güclü, dağıdıcı zəlzələ ölkəmizdə gözlənilmir. Səbəbi çox sadədir. Çünki Azərbaycan ərazisində yerdəyişmələr, dərində baş verən proseslər digər bölgələrdəki kimi intensiv sürətli deyil. Sakit Okean zonası, yəni İndoneziya, Filippin, Avropa zonası Yunanıstan, İtaliya, Türkiyə və Latın Amerikası zonasındakı kimi instensivlik bizdə yoxdur. Bu səbəbdən dağıdıcı, güclü zəlzələ Azərbaycanda gözlənilmir. Amma buna baxmayaraq, Azərbaycan zəlzələ bölgəsidir, seysmik olaraq aktiv bir yerdədir. Burada bir neçə seysmik ocaqlar mövcuddur”.

 

Ekspert ən təhlükəli ocaqlardan birinin Xəzər dənizi sayıldığını da qeyd edib:

 

“Ən təhlükəli ocaqlardan biri məhz Xəzər dənizidir. Çünki Xəzər mürəkkəb tektonik ərazidir. Burada bir neçə qırılma zonaları, qırışıqlar mövcuddur. Onların birləşmə nöqtələri genişdir. Üstəlik, seysmik ocaqlarla da zəngin bir ərazidir. Abşeron yarımadası və Bakı şəhərinə ən böyük təhlükə də məhz bu zonadan gəlir. Həmçinin, Şamaxı-İsmayıllı seysmik aktiv bölgəsi də Bakı və Abşeron ərazisi üçün bir növ təhlükə törədir.

 

2025-ci ildə Azərbaycanda hiss olunan zəlzələ, yəni 4,5-5,5 maqnitudalı ola bilər. Burada bir amil də var ki, yeraltı təkan səthə yaxındırsa, onun seysmik effekti daha çox hiss olunacaq. Ona görə hər zaman qeyd edirəm ki, seysmik ocağın dərinliyi vacib faktorlardan sayılır”.


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev Dmitri Kiselyova müsahibə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın Ria Novosti agentliyi üçün &...

“Starbucks” Avstraliya və Vyetnamada uğursuzluğa düçar olub

“Starbucks” bir çox ölkədə asanlıqla mövqe qazansa da, Avstraliya və Vyetnamda gözlədiyi uğuru əldə edə bilməyib. Avstraliyada onun 2008-ci ildə 87 ...

“İlin cinayəti": Polis mopeddən balıq oğurlayan pişiyi həbs etdi

Taylandda "ilin cinayəti" baş verib. Pişik park edilmiş mapeddə çantadan balıq oğurlayıb, polis tez bir zamanda "şübhəli" ni tapıb.   ...

Azərbaycanda son 40 ilin ən sərt qışı gözlənilir - KƏSKİN SOYUQLAR OLACAQ

Azərbaycanda son 30-40 ilin ən soyuq qışı gözlənilir.   Sfera.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bunun Coğrafiya İnstitutunun şöbə müdiri...

Sosial şəbəkələrdə videolara baxmaq beynin “çürüməsinə” səbəb olur - XƏBƏRDARLIQ

Sosial şəbəkələrin xəbər lentində uzun müddət vərəqləmək və qısa videolara baxmaq insanın idrak qabiliyyətinə mənfi təsir göstərir.   Sfera.az xəbər ve...

İranda bir çox məktəb bağlandı

İranın bir çox əyalətlərində soyuq hava, elektrik və qaz təchizatında yaranan problemlər səbəbindən məktəblər bağlanıb.   Sfera.az xəbər verir ki, bu...