Logo

"Baku Bus"ın avtobusu qəza törətdi - Qadın öldü

"Baku Bus"ın avtobusu qəza törətdi - Qadın öldü
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub.

Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR