Şad xəbər: bu şəxslərin maaşı artırılır


Şad xəbər: bu şəxslərin maaşı artırılır

Milli Məclisin gələn il üçün xərclər smetası dəyişib, 1 milyon manata qədər artırılır.

 

Sfera.az xəbər verir ki, "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinin ilkin variantına əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 51 851 447 manat olacaqdı.

 

Həmin vəsaitin 29 396 034 manatı ştatda olan işçilərin əmək haqqına, 2 235 143 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcəkdi.

 

Dekabrın 16-da plenar iclasda müzakirəyə çıxarılacaq "Milli Məclisinin 2025-ci il üçün xərclər smetası haqqında" qərar layihəsinə əsasən, Milli Məclisin və onun aparatının xərclər smetası 52 850 118 manat olacaq. Beləliklə, Milli Məclisin və onun aparatının xərclər smetası 998 min 671 manat artırılır.

 

Həmin vəsaitin 29 500 129 manatı ştatda olan işçilərin əmək haqqına, 2 245 478 manatı əməyin ödənişi ilə bağlı digər pul ödənişlərinə yönəldiləcək.  /APA


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən məşhur kruiz gəmilərindən biri batırılır: Qeyri-adi səbəb

Dünyanın ən məşhur kruiz gəmilərindən biri, 1950-ci illərin əvvəllərində inşa edilən “SS United States” dənizin dibinə göndəriləcək. Amerika hakimiy...

Gələn il bu universitetin filialları yaradılacaq

"2025-2027-ci illər ərzində Xankəndi, Şuşa və Xocalıda Qarabağ Universitetinin filiallarının yaradılması gözlənilir".   Sfera.az xəbər veri...

Gürcüstanın kurort obyektində 12 nəfərin meyiti aşkarlandı

Gürcüstanın Qudauri kurortunda 12 nəfərin meyiti aşkarlanıb.   Sfera.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Dax...

Rusiya Əsəd dövlət mühafizəsi ilə təmin edilib? - Narışkin danışdı

Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin təyin olunub-olunmaması...

Güclü külək Mingəçevirdə fəsadlara yol açdı

Mingəçevirdə güclü külək bir sıra fəsadlara yol açıb.   Mingəçevir şəhər Fövqəladə Hallar Komissiyasından Sfera.az-a verilən nməlumata görə, güclü kü...

Türkiyədə 53 nəfərin ölümündə günahı olan şəxs saxlanıldı

Hatayın (Türkiyə) Reyhanlı bölgəsində 53 nəfərin öldüyü terror hücumunda əli olan Cengiz Sertel saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə...