Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir

Təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi qaydasında bəzi dəyişikliklər edilir.

 

Sfera.az xəbər verir ki, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişikliklər edilməsi təklif olunub.

 

Dəyişikliyə əsasən, üç təhsil pilləsi üzrə - kolleclərdə təhsil alan, bu müəssisələrə daxil olana qədər tam orta təhsil almamış çağırışçılara 21 yaşınadək (hazırda 22), bakalavriatda təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 24 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur), magistraturada təhsil alanlara - müvafiq təhsilini bitirənədək, lakin 26 yaşdan çox olmamaqla (hazırda yaş məhdudiyyəti yoxdur) möhlət veriləcək.

 

Mövcud qanunvericilikdə əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək möhlət verilir.

 

Qeyd edək ki, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycanda və ya xarici ölkələrdə dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, elmi müəssisə və təşkilatlarda təhsil alan aşağıdakı çağırışçılara təhsilini davam etdirmək üçün təhsil pilləsi (təhsil pilləsinin hər bir səviyyəsi) üzrə yalnız bir dəfə möhlət verilir.


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...