Bu küçələrdəki avtobus zolaqlarına saat tətbiq edildi

Bu küçələrdəki avtobus zolaqlarına saat tətbiq edildi

8 Noyabr prospekti və Məhəmməd Hadi küçəsində avtobus zolağının saat 07:00–22:00 aralığında qüvvədə olma vaxtını bildirən yol nişanı quraşdırılıb.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Sfera.az-a bildirilib ki, sözügedən prospektdə və küçədə digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir. Avtobus zolağına qaydalardan kənar daxil olan şəxslərə 100 manat məbləğində cərimə və 2 bal müəyyən edilib.

 

AYNA ictimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarını qaydalara riayət etməyə çağırır.

 

Qeyd edilib ki, mərhələli şəkildə digər küçə və prospektlərdə də avtobus zolağının qüvvədə olma vaxtını bildirən yol nişanları quraşdırılacaq.


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...