Dünya ayağa qalxdı - İrəvan və Zəngəzur Azərbaycana qaytarılacaq - Müqavilə QÜVVƏSİNİ İTİRİB
Publika.az xəbər verir ki, petisiyada tarixi Azərbaycan torpağı olan Zəngəzurun da azad olunması, azərbaycanlı qaçqınların Dağlıq Qarabağ və digər rayonlarla yanaşı, bu bölgəyə də qayıdışının təmin olunması tələb olunur.
Bu petisiya Zəngəzurun tarixini, o cümlədən XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları yenidən gündəmə gətirir.
XX əsrin ilk illəri: soyqırımı başlandı
1905-1907-ci və 1914-1920-ci illərdə erməni silahlı dəstəkləri azərbaycanlılara qarşı Zəngəzurda, Qarabağda, Şamaxıda, həmçinin, Bakıda soyqırımına başladı
Məqsəd azərbaycanlıları millət olaraq məhv etmək və "Böyük Ermənistan” xülyasını həyata keçirmək idi.
Bu qondarma xülyanı ermənilərin beyninə salanların biri də ABŞ –ın həmin vaxt prezidenti olmuş Vudro Vilson idi. "14 bənd” tezisinin müəllifi "yeni dünya xəritəsində” Azərbaycana yer ayırmamış, əvəzində Azərbaycan və Türkiyə torpaqları hesabına "Böyük Ermənistan” "yaratmışdı”. Sevr müqaviləsi baş tutmadı, lakin ermənilərin soyqırımı siyasəti ayaq tutub yeridi.
1918-1919-cu illərdə daşnak hökuməti "dövlətin tələblərini yerinə yetirmədilər” bəhanəsi ilə azərbaycanlı və kürd kəndlərinin insanlarını bombaladı (həmçinin erməni kəndlərini də bombaladı). 1920-ci ildə isə ermənilər fəhlə və kəndlilərinin may qiyamının yatırdılmasından sonra daşnaksütyun "müsəlmanlar bizim düşmənimizdir” şüarı altında azərbaycanlı və kürd kəndlərini bombalayaraq sadə insanları məhv etdi.”
(A.A.Lalayan, "Kontrrevolyutsionnaya rol partii daşnaksutyun”, istoriçeskie Zapiski, N. 2, s. 101, 1928.)
Ermənilərin özləri də azərbaycanlılara qarşı soyqırımını etiraf edirlər.
"Şərəfsiz daşnak "cümhuriyyəti”nin qısa dövründə Azərbaycan, Gürcüstan və Türkiyə ilə aparılan döyüşlərdə daşnakların qanlı əlləri ilə minlərlə türkü məhv etdikləri, kəndlərini yandırıb külə çevirdikləri Zəngəzur, Şərur, Dərələyəz, Meğri, Ağbaba, Zəngibasar, Böyük Vedidəki türk kəndlərində yaşanan vəhşiliklər, qətliamlar, soyğunçuluqlar hələ də yaddaşlardan silinməyib. Əsgərlərdə yaltaqlıq, keyfiyyətsizlik, çalıb-çapmaq, başqasının hesabına yaşama, günahsız və çarəsiz insanları öldürmə psixologiyası kök atmışdı.
"Daşnaksütyun” partiyasının təhdidləri də dolayısı ilə soyqırımı faktlarını təsdiq edir.
Partiyanın orqanı olan "Orizon” qəzetində 1912-ci ildə nəşr edilən məqalədə deyilir: "Türk dövlətinin səlahiyyətliləri və iqtidar sahibləri bilsinlər ki, nə bir türk, nə də bir Türk dövləti bundan sonra erməni üçün heç bir dəyər daşımır. Varlıqlarını qorumaq üçün başqa yollar düşünsünlər...”
("Orizon” N-196, 1912-ci il. Yazan K.N.Karamyan, Polojenie Zapadnıy Armyan, "Armyanskiy Vopros”i Mejdunarodnaya Diplomatiya v Poslednıy Çetverti XIX veka i naçala XX veka, s. 81, Yerevanski qosudardtennıy universitet, Erivan, 1972.)
Bu soyqırımının nəticəsi olaraq ermənilər Zəngəzuru, İrəvanı və digər tarixi Azərbaycan torpaqlarını işğal etdilər.
Zəngəzurun ermənilərə verilməsi
Erməni soyqırımı nəticəsində təkcə Zəngəzur mahalında 115 müsəlman kəndi yer üzündən silindi, yarım milyon insan həlak oldu. Bu ərazilər Osmanlı İmperiyası ilə bağlanan müqaviləyə görə, fevral inqilabından sonra yaranan Ermənistan Demokratik Respublikası ərazisinə daxil deyildi. Lakin müqaviləni tanımayan Andraniz Ozanyan bölgəni işğal etdi və qətliamlar törətdi.
Mudros müqaviləsi əsasında Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra ingilislər AXC tərkibində yaradılan Qarabağ general-qubernatorluğunu tanıdılar və Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Zəngəzur qəzası da bura daxil idi. Andranik bölgəni tərk etsə də Dronun qoşunları ərazinin bir hissəsini öz nəzarəti altında saxlaya bildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələrinin göndərilməsini qərara aldı. Bu məqsədlə hərbi nazirlik 1919-cu il oktyabr ayının 30-da xüsusi Zəngəzur dəstəsi yaratdı. Dəstənin rəhbəri 1-ci piyada diviziyasının komandiri, general-mayor Cavad bəy Şıxlınski idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndindən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən birinci, habelə sağ və sol dəstələr Dığ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Dığın erməni silahlı qüvvələrindən təmizlənməsi həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhəmiyyət daşıyırdı. Dəstənin rəisi Şıxlınskinin əmrinə əsasən, 1-ci dəstə noyabrın 3-də hücuma başlamalı, dəstənin piyada bölmələri 2 ədəd topla Sultanlar kəndi, suvari bölmələri isə Sadınlar kəndi istiqamətində irəliləməli və orada döyüşqabağı mövqe tutmalı idi. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Dığ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlasa da, onu əldə saxlamaq mümkün olmadı.
1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük hissəsi erməni qüvvələrinin faktiki nəzarəti altında idi. Eləcə də Qarabağın dağlıq hissəsində erməni qüvvələrinin hücumları davam edirdi. Azərbaycan SSR hökuməti (Müvəqqəti İnqilab Komitəsi) 1920-ci il 30 aprel tarixli notasında Ermənistandan Zəngəzur və Qarabağı öz qoşunlarından təmizləməsini tələb etmişdi.
1988-ci ildə təkcə Zəngəzurda deyil, Göyçədə, Dərəlyəzdə, İrəvanda, Vedidə - indiki Ermənistan adlanan torpaqlarda Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovuldular. Kütləvi terrora məruz qalan azərbaycanlıların son nümayəndələri məcburiyyət qarşısında qalıb Zəngəzuru tərk edəndən sonra, burada onlara məxsus yüzlərlə tarixi, maddi-mədəniyyət abidələri ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
İrəvanın verilməsi
Bütün bunların qarşılığında ermənilər üzərlərinə öhdəliklər götürmüşdü.
1. Ermənilərlə müsəlmanlar arasında düşmənçilik aradan qaldırılacaq və erməni tərəfi Stepan Şaumyanla əlaqəyə girib Bakının müsəlman əhalisinin təhlükəsizliyini təmin edəcək, bununla azərbaycanlılara qarşı kütləvi qırğınların qarşısı alınacaqdır. Erməni tərəfinin üzərinə götürdüyü bu öhdəlik Osmanlı imperiyası ilə yenicə yaradılmış Ermənistan Respublikası arasında 1918-ci il iyunun 4-də Batumda bağlanmış "Sülh və Dostluq" müqaviləsində təsbit olundu. Batum müqaviləsinin 11-ci maddəsinə əsasən Ermənistan Respublikası hökuməti erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyini öhdəsinə götürdü.
4. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər.
5. Bundan başqa, İrəvan və ətrafındakı torpaqların verilməsi müqabilində ermənilər Azərbaycanla vahid konfederativ dövlətdə birləşməli idilər.Lakin İrəvanı və digər əraziləri alandan sonra ermənilər öhdəliklərindən imtina etdilər və Azərbaycan torpaqlarının işğalı prosesini davam etdirdilər.






