Logo

Bakıda yaşayış binasında yanğın - 3 nəfər xilas edildi

Bakıda yaşayış binasında yanğın - 3 nəfər xilas edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Nəsimidə yanğın zamanı 3 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın baş verib. Ümumi sahəsi 23 m² olan 2 otaqlı mənzilin mətbəxində mebel 2 paq.m. və məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 3 nəfər bina sakini tüstüdən zəhərlənmə əlamətləri ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR