Logo

Bakı Dövlət Universitetinin dosenti vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin dosenti vəfat etdi - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakı Dövlət Universitetinin (BDU) dosenti Novruzə Adilova vəfat edib.

Sfera.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb: "Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Novruzə Adilova vəfat edib." Novruzə Adilova 1959-cu il martın 20-də Ağdaş rayonunda anadan olub.

O, Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsini bitirib, 1988-1991-ci illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspiranturasında təhsil alıb. 2014-cü ildə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Novruzə Adilova 2017-ci ildən BDU-nun Dünya iqtisadiyyatı kafedrasında baş müəllim kimi fəaliyyət göstərib.

O, sahibkarlıq fəaliyyəti, kiçik və orta müəssisələrin stimullaşdırıcı amilləri sahəsində tədqiqatlar aparıb, "Beynəlxalq valyuta-kredit münasibətləri", "Beynəlxalq investisiyalar" və "Azərbaycanın xarici iqtisadi əlaqələri" fənlərini tədris edib.

Bakı Dövlət Universitetinin dosenti vəfat etdi - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR