Elektrik avtobusu enerjisi bitdiyi üçün yolda qalıb? - RƏSMİ AÇIQLAMA

Elektrik avtobusu enerjisi bitdiyi üçün yolda qalıb? - RƏSMİ AÇIQLAMA

Son günlər elektrik avtobuslarının enerji təminatı ilə bağlı müəyyən suallar və müzakirələrə rast gəlinir. Belə ki, elektrik mühərrikli avtobusun enerji ehtiyatı qurtardığı üçün yolda qaldığı iddia edilən video da sosial şəbəkələrdə gündəm olmuşdu.

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında “BakuBus” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva bəzi məqamlara aydınlıq gətirib.

 

Onun sözlərinə görə, elektrik avtobuslarının enerji səviyyəsi daim diqqət mərkəzində saxlanılır:

 

“Avtobuslar marşrut xəttindən qayıtdıqdan sonra qarajda 3 saat ərzində 100% enerji dolumu ilə təmin olunur. Bu, növbəti gün ərzində marşrut xəttində əlavə enerji dolumuna ehtiyac olmadan nəzərdə tutulan məsafəni qət etməyə imkan verir”.

 

Ə.Əliyeva qeyd edib ki, əlavə nəzarət mexanizmi də mövcuddur:

 

“Enerji səviyyəsi 50%-dən aşağı düşdükdə sürücülərə növbə dəyişikliyi zamanı HUB-larda enerji dolumu ilə bağlı təlimatlar verilir. “Enerji bitdi, avtobus dayandı” kimi halların baş verməsi mümkün deyil. Lakin nəzərə almaq lazımdır ki, avtobus nəqliyyat vasitəsidir qəza, fors-major səbəbindən yolda dayanma halları baş verə bilər. Bu, enerji səviyyəsindən asılı olmayan bir amildir. Bütün sərnişinlərimizdən xahiş edirik ki, dəqiq və doğru məlumatları paylaşaq. Yanlış informasiya sərnişinlər arasında çaşqınlığa səbəb ola bilər”.

 

Firuzə Əliyeva

Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...