Logo

Bakıda evdən 10 min manatlıq oğurluq edildi

Bakıda evdən 10 min manatlıq oğurluq edildi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Binəqədi rayonunun Görədil kəndində yerləşən evlərin birindən oğurluq olub.

Sfera.az DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş noyabrın 25-dən dekabrın 5-dək olan müddətdə evindən 10 000 manat dəyərində inşaat materiallarının oğurlandığını bildirib.

Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı R.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR