Putindən Türkiyə ilə bağlı yeni qərar
Kateqoriya məlum deyil
Türkiyə ilə Rusiya arasındakı yaranmış böhran hər keçən gün daha da dərinləşir. Ermənistan mətbuatının yaydığı məlumata görə Rusiya, Türkiyə-Ermənistan sərhədinə hərbi birliklər göndərəcək. Bizimyol.info xəbər verir ki, məlumatı khabararmani.com xəbər saytı yayıb. Xəbərdə bildirilir ki, Putin rus əsgərlərinin Ermənistana göndərilməsi ilə bağlı qərar verib və hərbi birliklərin göndərilməsi prosesi yaxın zamanda baş tutacaq.
Xəbərə görə 7 min rus əsgəri Ermənistan-Türkiyə sərhədinə yerləşdiriləcək. Hərbi birliklər raketlərə və tanklara da sahib olacaq.
Rus əsgərlərinin ölkəyə, Ermənistanın kömək tələbindən sonra göndərildiyi bildirilir.






