Azərbaycanda bank kartlarının sayıa açıqlandı

Azərbaycanda bank kartlarının sayıa açıqlandı

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 238 min ədəd artaraq, 19 milyon 162 min ədəd təşkil edib.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə, bu göstərici 18.2% artıb.

 

Ödəniş kartlarında artım debet kartları üzrə 20.5%, kredit kartları üzrə 3.5% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artıb.

 

2024-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,506 mln. manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,359 mln. manatı elektron ticarətin payına düşür.

 

Qalan məbləğin 1,139 mln. manatı POS-terminallar, 7.2 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.8%-ni təşkil edib. Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin oktyabr ayının sonu ilə müqayisədə, bankomatların sayı 5.3%, POS-terminalların sayı 30.5% artıb.


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...