"İtkin düşən neftçilərin axtarışı nəticə verməyib" - SOCAR

"İtkin düşən neftçilərin axtarışı nəticə verməyib" - SOCAR

"Günəşli" yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində quyulara keçən yanğın yaxın günlər ərzində tamamilə lokallaşdırılacaq.

Sfera.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat yayıb.

"Yanğın bir neçə quyuya keçib. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın "Boots and Coots" şirkətinin mütəxəssisləri birgə addımlar atır. Quyulardan biri artıq demək olar ki söndürülüb. Lakin söhbət bir neçə, təxminən 5-6 quyudakı yanğının söndürülməsindən gedir. Hava şəraiti imkan verərsə, yaxın günlərdə yanğın tamamilə söndürüləcək", - deyə şirkətdən bildirilib.

SOCAR-ın "Azneft" İstehsalat Birliyindən isə APA-ya bildirilib ki, "Boots and Coots" şirkətinin sifarişi ilə gətirilən və "Günəşli" yatağındakı yanğını söndürməsində istifadə olunacaq zəruri avadanlıq bu gecə Bakıya gətirilib: "Artıq avadanlıqlar dənizə ötürülüb. "Boots and Coots" şirkəti hələ ki, yanğının söndürülməsinə iştirak etmir. Lakin avadanlıq şirkətin mütəxəssislərinə çatdırılan kimi, onlar tərtib olunan plana uyğun şəkildə yanğının söndürülməsinə qoşulacaq".

İstehsalat Birliyinin rəsmisi əlavə edib ki, quyularda yanğının söndürülməsi ilə 6 gəmi məşğuldur.

"Azneft"dən o da bildirilib ki, "Günəşli" yatağında baş verən yanğının nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam etdirilir. Hazırda axtarışlar 3 helikopter vasitəsilə aparılır.


OXŞAR XƏBƏRLƏR

"Bu illərdə dünya ilə əlaqəyə keçəcəklər, məxfi sənədlər açılacaq və..." - MARAQLI PROQNOZLAR

Uzun illərdir ki, yadplanetlilər və dünya ilə onların əlaqələri barədə müxtəlif proqnozlar səsləndirilir. Xüsusilə öncəgörənlərin, kahinlərin bununla bağlı...

İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edildi

Yanvarın 15-nə planlaşdırılan İstanbul-Moskva reysi texniki səbəblərdən ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-i "Aeroflot...

Əsgərimiz vəfat etdi

Azərbaycan Ordusunun əsgəri vəfat edib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, əsgər Adil Baxışəli oğlu Baxışəliyev 2024-cü il dekabrın 2...

Azərbaycan və Pakistan arasında memorandum imzalandı

 “Karabakh-Pakistan” şirkəti ilə  Pakistanın ən böyük iqtisadiyyatına malik olan və milli ÜDM-ə ən çox töhfə verən Pəncab əyalətinin Sənay...

Azərbaycanda vəzifəli şəxsin oğlu ÖLDÜ - FOTOLAR

Dünən axşam saatlarında Xətai rayonunda bədbəxt hadisə baş verib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 20 radələri...

Son 10 ilin ən aşağı inflyasiyası qeydə alındı - STATİSTİKA

Azərbaycanda ötən il ortaillik inflyasiya 2,2 faiz olub.   Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü il ərzində ortaill...